Suriya ordusu Həsəkədən geri çəkilir

Suriya ordusu Həsəkədən geri çəkilir
  11 Fevral 2026    Oxunub:1126
Suriya ordusu hökumətlə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan razılaşmaya əsasən, Əl-Həsəkə əyalətindən bölmələrini çıxarır.
AzVision.az xəbər verir ki, Suriya Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatına istinad edən “SANA” agentliyi belə məlumat yayıb.

“Bizim qoşunlarımız Əl-Həsəkə şəhəri və onun ətrafında fevralın 2-dən tutduqları mövqelərdən çıxarılaraq daxili təhlükəsizlik qüvvələrinin bölmələrinə təhvil verilir”, - bəyanatda deyilir.

Xəbərdə SDQ birləşmələrinin də bölgəni tərk edərək, onun hüdudlarından kənardakı bazalarına doğru yol aldığı bildirilir.

- SDQ ikitərəfli razılaşmaların həyata keçirilməsinə sadiqdir və müsbət addımlar atır. Biz vəziyyəti izləyirik və gələcək hərəkətləri müəyyən etmək üçün onu qiymətləndiririk”, - hərbçilərin bəyanatında vurğulanır.

SDQ-nin komandanı Mazlum Abdi, öz növbəsində, bundan əvvəl “Ronahi TV” telekanalına verdiyi müsahibədə qrupun döyüşçülərinin hökumət qüvvələrinə inteqrasiya olunacağını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   Həsəkə   qoşunlar  



Xəbər lenti