Məktəbdə 9 nəfəri öldürən transgender qadın olub

Məktəbdə 9 nəfəri öldürən transgender qadın olub
  12 Fevral 2026    Oxunub:562
Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tambler-Ric şəhərində yerləşən orta məktəbdəki atışmanın təşkilatçısı 18 yaşlı transgender qadın olub.
Bu barədə regional polis komandirinin müavini Dueyn Makdonald mətbuat konfransında bildirib. Onun sözlərinə görə, şübhəlinin şəhər sakini 18 yaşlı Cessi Van Rutselar olduğu müəyyən edilib. Dueyn Makdonald cinayətkarın transgender olması barədə məlumatı belə cavablandırıb:

“Bunu belə ifadə edim: şübhəlinin şəxsiyyətini onun ictimaiyyətdə və sosial mediada özünü tanıtmaq üçün seçdiyi üsulla müəyyən etdik. Deyə bilərəm ki, Cessi bioloji kişi kimi doğulub”.

O, Cessinin bu məktəbdə oxuduğunu və təxminən dörd il əvvəl təhsil müəssisəsini tərk etdiyini bildirib. Dueyn əlavə edib ki, polis son illərdə şübhəlinin evinə bir neçə dəfə baş çəkib: “Zənglər onun psixoloji vəziyyəti ilə bağlı olub. Bundan əlavə, polis evdən bir neçə dəfə odlu silah müsadirə edib”.

Qeyd edək ki, Tambler-Ric şəhərində baş verən atışmada silahlı şəxs də daxil olmaqla 9 nəfər həlak olub. Ölənlərdən altısı məktəbdə, daha iki cəsəd yaxınlıqdakı evdə tapılıb və yaralılardan biri xəstəxanaya aparılarkən yolda ölüb. Daha 25 nəfər xəstəxanaya yerləşdirilib, lakin onların həyati təhlükəsi yoxdur.

AzVision.az


Teqlər:



Xəbər lenti