FT: "Venesuela xalqı ABŞ-dən razıdır"
Qəzet yazır ki, bu, Prezident Nikolas Maduronun 2026-cı il yanvarın 3-də ABŞ tərəfindən ələ keçirilməsindən bəri ölkədə keçirilən ilk böyük sorğudur:
"Venesuelada "Gold Glove Consulting" şirkəti axırıncı dəfə 2024-cü ilin iyununda sorğu keçirmişdi. Onda sorğu iştirakçılarının 3/4-ü ölkənin səhv istiqamətdə irəlilədiyini bildirmişdi".
Cari sorğu, eyni zamanda, müxalifət lideri Mariya Korina Maçadonun cəmiyyətdə nüfuz qazandığını da göstərir. Belə ki, seçicilərin 67%-i növbəti seçkilərdə ona səs verəcəyini söyləyib. Venesuela Prezidentinin səlahiyyətlərini icraçısı Delsi Rodriqes isə cəmi 25% səs toplayıb.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


