Pəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıb
"ABŞ-nin müdaxiləsi və Prezident Trampın İran xalqını dəstəkləmək vədini yerinə yetirməsinin vaxtı çatıb. Müdaxilə həyatları xilas etməyin yoludur", - Pəhləvi deyib.
Onun sözlərinə görə, ABŞ-nin hərbi müdaxiləsi sadəcə zaman məsələsidir.
Xatırladaq ki, Tramp administrasiyası İranla nüvə sazişi barədə danışıqlar aparır, eyni zamanda, regionda hərbi qüvvələrini artırır.
Ötən həftə, fevralın 6-da amerikalı və iranlı diplomatlar Omanda danışıqlar aparıblar və fevralın 17-də növbəti danışıqların aparılması gözlənilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


