Danimarka Baş naziri: "Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb"

   Danimarka Baş naziri:    "Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb"
  14 Fevral 2026    Oxunub:807
"Danimarka və ABŞ arasında olan Qrenlandiya mübahisəsi həll olunmayıb".

AzVision.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransında müzakirələr zamanı bildirib.

"Düşünürəm ki, Amerika Prezidentinin (Donald Trampın) Qrenlandiyanı idarə etmək istəyi tam olaraq eynidir", - deyən Baş nazir əlavə edib: "Krallıq razılaşmır. Avropa razılaşmır. Lakin biz razılaşırıq ki, Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha çox iş görülməlidir".

AzVision.az



Teqlər:



Xəbər lenti