Aİ-nin Ermənistandakı missiyasına yeni rəhbər təyin olunub
Satu Koyvu milli və beynəlxalq səviyyədə 35 ildən çox təcrübəyə malik yüksək rütbəli Finlandiyalı polis zabitidir. O, Fələstin ərazilərində, Ruanda, Namibiya və Kiprdə BMT və Aİ missiyalarında yüksək vəzifələrdə çalışıb.
EUMA-nın rəhbəri təyin edilməzdən əvvəl Satu Koyvu Finlandiya Milli Polisinin Espoo şəhərində kadrlar şöbəsinin rəisi işləyib.
Qeyd edək ki, rəsmi Bakı EUMA-nın əslində Azərbaycanın ərazisindəki obyektlərlə bağlı binokl casusluğu ilə məşğul olduğunu dəfələrlə diqqətə çatdırıb. Lakin Ermənistan və Aİ bu missiyanın fəaliyyətini dayandırmaq niyyətində olmadıqlarını bəyan edir
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Aİ Ermənistan missiya







Vaxtında, Aydın, Lazımlı!


