17 ölkə Rusiyaya müraciət edib

   17 ölkə Rusiyaya müraciət edib
  18 Fevral 2026    Oxunub:1099
17 ölkə bəyanat yayaraq, Kremlin tənqidçisi Aleksey Navalnının ölümünün hərtərəfli və şəffaf şəkildə yenidən araşdırılmasına çağırıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

Müraciətdə Aleksey Navalnının ölümünə görə məsuliyyətin tamamailə Rusiya hakimiyyətinin üzərinə düşdüyü iddia olunur.

“Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Hollandiya tərəfindən nəşr olunan laboratoriya məlumatları Navalnının zəhərlənmə nəticəsində həbsxanada öldüyünü göstərir. Buna görə də ölkələr onun ölümünün şərtlərinin hərtərəfli və şəffaf araşdırılması çağırışlarını təkrarlayırlar”, - müraciətdə vurğulanır.

Bəyanatda hazırda Rusiyada 1700-dən çox adamın siyasi motivlərlə həbsdə olduğuna diqqət çəkilir.

- Biz qətiyyətimizdən dönmürük: Rusiya hakimiyyəti bütün beynəlxalq öhdəliklərini tam yerinə yetirməli və bütün siyasi məhbusları azad etməlidir”, - çağırışda bildirilir.

Bu bəyanatla Avstraliya, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İtaliya, Latviya, Litva, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa, İsveç və Böyük Britaniya çıxış ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Navalnı   müraciət  



Xəbər lenti