NATO Estoniyada nüvə silahı yerləşdirə bilər

   NATO Estoniyada nüvə silahı yerləşdirə bilər
  18 Fevral 2026    Oxunub:1395
"Estoniya NATO alyansına məxsus nüvə silahını öz ərazisində yerləşdirməyə hazırdır".
Bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkənin "Eesti Rahvusringhääling (ERR)" telekanalına müsahibəsində dilə gətirib. O diqqətə çatdırıb ki, rəsmi Tallinin belə bir ehtimalı kənarlaşdırmaq üçün hər hansı doktrinaya malik deyil: "NATO müdafiə planlarımıza çərçivəsində belə bir addımı zəruri sayarsa, ərazimizdə nüvə silahının yerləşdirilməsinə qarşı deyilik. Əlbəttə, hazırda Estoniyada nüvə silahı yoxdur".

Hələ 2025-ci ilin iyun ayında da Estoniyanın müdafiə naziri Hanno Pevkur öz çıxışlarından birində vurğulamışdı ki, Tallin NATO səviyyəsində müttəfiqlərinin nüvə başlıqları daşıyan hərbi təyyarələrini öz ərazisində yerləşdirə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Estoniya   NATO   nüvə-silahı  



Xəbər lenti