İran-Çin-Rusiya hərbi təlimi keçiriləcək

   İran-Çin-Rusiya hərbi təlimi keçiriləcək
  18 Fevral 2026    Oxunub:1043
İran, Rusiya və Çin sabah Ərəbistan dənizində, habelə Hind okeanının şimalında hərbi təlimlərə başlayacaq.
İran mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, "Dəniz Təhlükəsizlik Zonası" adlı üçtərəfli hərbi təlim İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Donanması ilə Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə baş tutacaq.

Bildirilib ki, təlimin məqsədi sözügedən ərazidə təhlükəsizliyi, davamlı dəniz nəqliyyatı əlaqələrini gücləndirməkdir: "Dənizdə istənilən təhlükəyə qarşı birgə tədbirlərdə koordinasiyalı hərəkət, ticarət gəmilərinin müdafiəsi, dəniz terrorçuluğu ilə mübarizə təlimin əsas diqqət mərkəzləridir".

Məlumat üçün diqqətə çatdıraq ki, İran, Rusiya və Çinin iştirakı ilə "Dəniz Təhlükəsizlik Zonası" hərbi təlimləri 2019-cu ilin dekabrından bəri sözügedən ərazidə hər il keçirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Rusiya   Çin   hərbi-təlim  



Xəbər lenti