Budapeşt: “Bu, bizim müharibəmiz deyil”

      Budapeşt:    “Bu, bizim müharibəmiz deyil”
  18 Fevral 2026    Oxunub:859
Ukrayna Avropanın müdafiəsi uğrunda müharibə aparmır, çünki Rusiya heç vaxt Avropa İtitfaqı (Aİ) ölkələrinə hücum etməyib.
AzVision.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto “CNN” telekanalına müsahibəsində belə deyib.

Macarıstan diplomatiyasının sözlərinə görə, Ukrayna yalnız özünün müdafiəsi uğrunda mübarizə aparır.

“Avropanın Ukraynanın müdafiəsinə ehtiyacı yoxdur. O, bizim üçün deyil, özü üçün vuruşur. Bu, bizim yox, onların müharibəsidir. Bizi guya qoruduqlarına görə onlara heç nə borclu deyilik”, - Peter Siyyarto vurğulayıb.

Tammiqyaslı müharibənin başlanğıcından bəri Macarıstanın Ukraynaya silah tədarük etmədiyini xatırladan nazir Budapeştin münaqişənin sülh yolu ilə həllin tərəfdarıd olduğunu bir daha diqqətə çatdırıb. O, qeyd edib ki, “sülhə yalnız danışıqlar yolu ilə nail olmaq” mümkündür.
Peter Siyyarto həmçinin Ukraynanın Aİ-yə mümkün daxil olması məsələsinə də toxunub.

Ukraynanın Aİ üzvlüyünün avtomatik şəkildə birliyi müharibəyə sürükləyəcəyini deyən Macarıstan XİN-in rəhbəri Budapeştin belə bir ssenariyə qarşı olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan   Ukrayna   müharibə  



Xəbər lenti