Gürcüstan XİN rəhbəri: "Yeni yollar regionun inkişafına təkan verəcək"
"Yeni reallığın meydana gəlməsi Gürcüstanın öz geosiyasi və strateji əhəmiyyətini itirməsi demək deyil. Əlbəttə, burada rəqabətdən söhbət gedə bilməz. Unutmayaq ki, Gürcüstandan keçən marşrut Avropa istiqamətində əsas halqadır. Bu məqamı nəzərdən qaçıranların səriştəsi şübhə altına düşür".
Xatırladaq ki, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladıqları sənədlərə əsasən, Zəngəzur dəhlizində "Tramp yolu" layihəsi ərsəyə gətiriləcək. Bu layihə sayəsində regionda yeni kommunikasiya imkanlarının açılacağı, bütün iştirakçı tərəflərə iqtisadi fayda gətirəcəyi bildirilir.
Firudin Həmidli
AzVision.az
Teqlər: Gürcüstan Tramp-yolu







Vaxtında, Aydın, Lazımlı!


