Ukrayna Rusiyanın hava hücumuna məruz qalıb

Ukrayna Rusiyanın hava hücumuna məruz qalıb
  20 Fevral 2026    Oxunub:1784
Fevralın 20-nə keçən gecə Rusiya dronları Ukraynanın Poltava vila6yətindəki neft və qaz infrastrukturuna zərbələr endirib.
AzVision.az xəbər verir ki, Ukraynanın “Naftoqaz” dövlət şirkətinin məlumatına görə, hədəfə alınan obyekt zədələnib və orada yanğın başlayıb.

“Hücum nəticəsində infrastruktura ziyan dəyib və obyektdə yanğın davam edir. Rusiya ilin əvvəlindən bəri “Naftoqaz” obyektlərinə 20 dəfədən çox hücum edib”, - şirkətin İdarə Heyətinin sədri Sergey Koretski bildirib.

Poltava Regional Hərbi Administrasiyasının rəisi Vyaçeslav Dyakivnıç də Mirqorod rayonundakı sənaye müəssisəsinə dron qəzası nəticəsində yaşanan yanğın barədə məlumat paylaşıb. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.

Rusiya ordusu Poltava vilayətindəki neft və qaz müəssisələrinə zərbə endirilməsi barədə heç bir açıqlama verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti