The Guardian: “Zelenski Putinlə əlaqə saxlamaq istəyib”
Bunun əsas səbəblərindən biri də Qərb kəşfiyyatının hesabatlarının fərqli olması idi: amerikalılar işğalın baş verəcəyini israr edirdilər, Fransa və Almaniya isə sona qədər buna şübhə ilə yanaşırdılar.
“2022-ci il fevralın 22-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının o vaxtkı katibi Aleksey Danilov Zelenskiyə ona qarşı “birbaşa fiziki təhdid” barədə yüksək məxfi kəşfiyyat məlumatlarının ehtiva olunduğu qırmızı qovluq təqdim edib”, - nəşrin mənbələri deyiblər.
Jurnalistlər Zelenskinin bunu gözardı etdiyini müəyyənləşdiriblər. Amma görünür, bu, onda müəyyən təəssürat yaradıb. Belə ki, səhəri gün Mariinski Sarayında (Ukrayna prezident iqamətgahı – red. ) Polşa və Litva prezidentləri ilə görüşdə Zelenski “ola bilsin ki, siz məni axırıncı dəfə sağ görürüsünüz” ifadəsini işlədib.
- Hərbi müdaxilə ərəfəsində “qarşıdan gələn təhlükənin ciddiliyini” Zelenski həmin günün sonunda Putinə zəng etməyə çalışıb, lakin rədd cavabı alıb. Bundan sonra Ukrayna lideri ruslara video-mesaj yazaraq onları müharibənin başlamasının qarşısını almağa çağırıb”, - qəzet iddia edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


