Krımda Rusiya ordusunun iki gəmisi və iki təyyarəsi vurulub

Krımda Rusiya ordusunun iki gəmisi və iki təyyarəsi vurulub
  23 Fevral 2026    Oxunub:1154
Ukrayna dronları Krımda Rusiya ordusunun iki gəmisi və iki təyyarəsini vurub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun iki "Oxotnik" layihəli sərhəd patrul gəmisi və iki Be-12 tipli amfibiya təyyarəsinə zərbələr endirilib.


Teqlər:



Xəbər lenti