Növbəti İran-ABŞ danışıqları Cenevrədə keçiriləcək

   Növbəti İran-ABŞ danışıqları Cenevrədə keçiriləcək
  23 Fevral 2026    Oxunub:1604
İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi fevralın 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Bu barədə danışıqlarda vasitəçi ölkələrdən biri sayılan Omanın xarici işlər naziri Bədr Əl-Busəidi özünün "X" hesabında məlumat yayıb. Ötən günlərdə onun iranlı həmkarı Abbas Əraqçi də görüşün fevralın 26-da Cenevrədə keçirilə biləcəyini söyləmişdi.
İran BMT-ni köməyə çağırır

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Tərəflərin nümayəndə heyətləri axırıncı dəf fevralın 17-də məhz Cenevrədə danışıqlar aparıblar. Fevralın 19-da isə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  



Xəbər lenti