Epşteyn işi I Keçmiş səfir saxlanıldı

      Epşteyn işi I    Keçmiş səfir saxlanıldı
  24 Fevral 2026    Oxunub:1395
Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri, Lord Piter Mandelson saxlanılıb .
Bu barədə BBC məlumat yayıb. Qeyd olunub ki, o, Londonun şimalındakı Kemdən rayonundakı ünvanında saxlanılaraq dindirilmək üçün polis bölməsinə aparılıb.

Hazırda polislə Krallıq Prokurorluq Xidməti arasında məsləhətləşmələr davam edir.

Qeyd edək ki, Piter Mandelson 10 fevral 2025-ci ildən 11 sentyabrdək Böyük Britaniyanın ABŞ-dəkı səfiri vəzifəsində çalışıb. İddialar ötən ay ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər, o cümlədən Mandelson ilə Epşteyn arasında elektron yazışmaların dərcindən sonra gündəmə gəlib. 2009-cu ilə aid elektron məktublardan birində onun həmin dövrdə baş nazir Qordon Braun hökumətinə dair bəzi siyasət tədbirləri, o cümlədən “aktivlərin satışı planı” barədə qiymətləndirməni Epşteynə ötürdüyü ehtimal olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti