Kim Çen İn bacısına ali vəzifə verib

   Kim Çen İn bacısına ali vəzifə verib
  24 Fevral 2026    Oxunub:1427
Şimali Koreyanın rəhbəri Kim Çen İnin bacısı Kim Ye Çon ölkənin Fəhlə Partiyasının Mərkəzi Komitəsinin şöbə müdiri vəzifəsinə yüksəldilib.
Bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, rəhbərin bacısının təyinatı partiyanın beşillik qurultayında baş tutub. O bu vəzifəyədək 2021-ci ildən bəri şöbə müdirinin müavini idi.
Cənubi Koreya kəşfiyyatı: "Kim Çen İn hakimiyyətə qızını gətirəcək"

Xatırladaq ki, fevralın 12-də Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Kim Çen İnin özünün 14 yaşlı qızı Kim Cu-eyi ölkə rəhbərliyinə gətirməyi planlaşdırdığı xəbərini yaymışdı. Kəşfiyyatın belə qənaətə gəlməsinin səbəbi rəhbərin qızının son dövrdə ölkədə hakimiyyət məsələlərinə birbaşa fikir bildirməsidir. Belə ki, Kim Cu-ey müxtəlif tədbirlərdə iştirakı əsnasında müəyyən siyasi qərarlarla əlaqədar öz rəyini dilə gətirib: "Bu, onun varis təyinatı mərhələsinə qədəm qoyduğunu göstərir".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Şimali-Koreya   vəzifə  



Xəbər lenti