Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim olunub

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim olunub
  27 Fevral 2026    Oxunub:1765
Azərbaycan Turizm Bürosu ölkənin turizm imkanlarını 20-27 fevral tarixlərində Özbəkistanın Daşkənd, Qazaxıstanın Almatı və Rusiyanın Moskva şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) silsilə tədbirlərində nümayiş etdirib.
Tədbirlər çərçivəsində iştirakçılar Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni irs və qastronomiya marşrutları barədə məlumatlandırılıblar.

Tədbirlər zamanı keçirilən B2B görüşlərində Özbəkistan, Qazaxıstan və Rusiyadan olan 450 turizm şirkəti və turoperatoru, həmçinin 1200 turizm peşəkarı ilə görüşlər keçirilərək potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ötən ilin yanvar ayına nisbətdə Rusiya (42 342 nəfər) və Qazaxıstandan (5676 nəfər) Azərbaycana səfər edənlərin sayı 2%, Özbəkistandan (5130 nəfər) isə 72% artıb.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti