Rusiyada “McDonalds” böhranı

Rusiyada “McDonalds” böhranı
  30 Avqust 2014    Oxunub:2300
Dünyanın ən böyük fast-food şəbəkələrindən olan “McDonalds”ın Rusiyadakı fəaliyyəti Ukrayna böhranı və Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına görə çətin duruma düşüb.
AzVision.az xəbər verir ki, Rusiya Qərb ölkələrindən ərzaq idxalına qoyduğu qadağalardan sonra “McDonalds” üzərində nəzarəti də artırıb.

“McDonalds” rəsmilərinin bildirdiyinə görə, tez-tez restoranların təftiş olunması səbəbindən 7 restoran müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Moskvada 3, Stavropolda 1, Yekatirinburqda 1, Serpuvda 1, Soçidə isə 2 restoran qapadılıb. “McDonalds” rəsmiləri sentyabr ayından daha 18 restoranın bağlanacağını bildirib.

Rusiyada 440-dan artıq “McDonalds” restoranı fəaliyyət göstərir. Rusiya ABŞ və Kanadadan sonra fast-food şəbəkəsinin yer aldığı ən böyük 7 ölkədən biridir.

Emin


Teqlər:





Xəbər lenti