Çaya düşən şəxs tapılmayıb

Çaya düşən şəxs tapılmayıb
  26 Aprel 2013    Oxunub:1506
Fövqəladə Hallar Nazirliyinə bir nəfərin çaya düşməsi ilə bağlı məlumat daxil olub.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumata əsasən, Gürcüstan ərazisində 1 nəfər Qanıxçay (Alazan) çayına düşüb.

Həmin şəxsin suyun axını ilə Azərbaycan ərazisinə keçdiyi ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Aviasia dəstəsinin helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və vasitələri dərhal axtarışlara cəlb olunmub. Hələlik axtarışlar nəticə verməyib.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.



Teqlər:  





Xəbər lenti