Günəşdən böyük təhlükə gəlir - VİDEO

Günəşdən böyük təhlükə gəlir - VİDEO
  15 Fevral 2013    Oxunub:2340
Londonun Mühəndislər Akademiyasının alimləri Yerdə Günəş qasırğası gözlənildiyini bəyan edirlər.
Günəş qasırğası hər yüz, bəzən də hər 200 ildən bir təkrarlanır. Sonuncu dəfə bu hadisə 1859-cu ildə qeydə alınıb. O zaman planetdə teleqraf sistemi sıradan çıxmışdı. Bəşəriyyətin elektrik cihazlarından daha çox asılı olduğu ındiki vaxtda isə təhlükənin daha yüksək olacağı bildirilir. Belə ki, sözügedən qasırğa nəticəsində bütün elektrostansiyalar fəaliyyəti dayanacaq, sistem əlaqələri ,naviqasiya sistemləri, kompüterlər sıradan çıxacaq, bütün planetdə texnogen qəzalar müşahidə ediləcək. Bütün bunlar bir neçə saniyənin içində baş verəcək. Günəşdə baş verəcək ən güclü sıçrayış nəticəsində yaranan radiasiya axını Yerin maqnit sahəsini dəyişəcək ki, bu da qiyamət deməkdir. Ən dəhşətlisi isə odur ki, günəş qasırğasının yerə nə zaman təsir edəcəyini yalnız yarım saat öncə demək mümkündür.
Hazırda dünyanın hər yerində astronomlar teleskoplar və peyklər vasitəsilə diqqətlə Günəşi izləyirlər. Bu ay günəşdə 4 iri ləkə qeydə alınıb. Hələlik anomal aktivlik müşahidə olunmasa da, alimlər vəziyyətin hər an dəyişəcəyini istisna etmirlər. Bildirirlər ki, termonüvə reaksiyasının işığı yerə 8 dəqiqədən sonra çatacaq. Dağıdıcı günəş qasırğası isə iki gündən sonra müşahidə ediləcək. Bu iki günün hazırlaşmaq üçün kifayət etdiyini iddia edən ekspertlər kosmik hava komitəsinin yaradılmasında israrlıdırlar.




Teqlər:  





Xəbər lenti