Ərdoğanın `xan sarayı` - FOTOLAR

Ərdoğanın `xan sarayı` - FOTOLAR
  04 Sentyabr 2014    Oxunub:7187
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olanda tikdirdiyi binanın prezident iqamətgahı olacağı açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürk Meşə Zolağında 150 hektarlıq ərazidə yerləşən iqamətgahda tikinti işləri hazırda davam edir.

Binanın uzun müddət Baş Nazirliyin yeni binası olacağı zənn edilsə də R.T.Ərdoğan bu binanın onun yeni iqamətgahı olacağı bildirib.

Memar Şəfiq Birkiyə müəllifi olduğu iqamətgahı Türkiyənin ən yaxşı mühafizə olunan binası adlandırıb.

Kimyəvi və nüvə silahlarından yüksək səviyyədə qorunmaq imkanına malik binada barmaq izi və göz tanıma sistemi olacaq. Binada həmçinin dinləmələrə qarşı da müdafiə sistemi var. Səlcuq, Osmanlı imperiyaları və Avropa memarlıq nümunələrinin yer aldığı binanın çöl hissəsi təbii daşlardan tikilib.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti