Eurovision loqosunu canlandırdılar - FOTO, VİDEO

Eurovision loqosunu canlandırdılar - FOTO, VİDEO
  26 Aprel 2013    Oxunub:2327
Azərbaycan və Ukrayna təmsilçiləri Eurovision loqosunu canlandırıblar.
Eurovision-2013-də Ukrayna təmsilçisi Zlata Oqneviç Azərbaycanı bu müsabiqədə təmsil edəcək Fərid Məmmədovla Kiyevdə görüşüb. Fərid Kiyevə Avropa promo turu çərçivəsində həmçinin, müsabiqəyə hazırlıq məşqləri keçmək üçün gedib.

Azərbaycan təmsilçisi Kiyev təəssüratlarını bölüşərkən deyib: "Biz Mariinsk parkında seqveylə gəzintiyə çıxdıq. Köhnə dostlar kimi şənləndik. Zlata əla qızdır, güclüdür və istedadlı artistdir. Onun "Gravity" mahnısı lap nağıla oxşayır".

Seqveydə improvizasiya yarışına çıxan artistlər Mariinsk Yay Estrada parkını başdan-başa gəzməyə və öz müsabiqə mahnılarından bir-birinə fraqmentlər nümayiş etdirmək imkanını əldən verməyiblər.

Zlata Oqneviç görüş haqqında belə deyib: "Bu il Azərbaycandan əsl od gəlir. Fərid çox emosional insandır. Od ürəkli müğənnidir. Onun "Hold me" mahnısı çox təsirləndirici və ilk andan yadda qalan mahnıdır. Mən Fəridə Eurovision tamaşaçıları qarşısında özünün kövrək qəlbini, inanılmaz vokal potensialını nümayiş etdirməyi arzulayıram".

Fərid və Zlata bir-birinə hədiyyələr bağışlayıblar. Zlata Fəridə Ukrayna motivləri olan panno, Fərid isə Zlataya canlı kəpənəklər bağışlayıb. Onlar kəpənəkləri birlikdə parka buraxıblar.

Qalereya




Teqlər:  





Xəbər lenti