`Sən özün özünə tələ qurursan` - Leyla Əliyeva

`Sən özün özünə tələ qurursan` - Leyla Əliyeva
  08 Sentyabr 2014    Oxunub:3167
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yeni şeirini təqdim edirik:
Məhəbbət, sən niyə nifrətlə dostsan?!
O səni məhv edər, üzər, parçalar,
Sənə eşqdən başqa nə gərəkdi ki?
Qorxma, sevən ürək qələbə çalar.

Davam et, inciklik, acı küskünlük
Səni dolaşdırıb heç büdrətməsin,
Bağla gözlərini, qoyma qısqanclıq
Məsum gözlərini kor edə bilsin.

Açsan da gözünü, sən onu bil ki,
Sevməyi bir an da unutmaq olmaz.
Məhəbbət – səfehsən, dərk etmədin ki
Qüruru sevgidə yaşatmaq olmaz!

Sən daş qayalara həmdəm olarsan
Qurduğun oyunlar baş tutmamaqla,
Söylə, kiminçündür bu hiylə, oyun?
Sən özün özünə tələ qurursan.

Məhəbbət, sevməkdən niyə qorxursan?
Niyə çəkinirsən təmiz sevgidən?
Sevib, ümidini sən itirməsən
Kədər səndən qaçar, xoşbəxt olarsan.

Sən ki tərk olunmaq istəməzsən
Dönüklük ağırdır, bunu bilməzsən.
Gündüz gecələrə təslim olanda
Ümidlər çoxalar lal tənhalıqda!

Ağlama məhəbbət, ağlama, inan
Mən də gecələri çox ağlamışam,
Nə ulduz istədim, nə ay səmadan
Mən ancaq sevgiyə sahib çıxmışam.

Məhəbbət, qəlbimə hakim olmadan
Niyə sən nifrətlə dostluq edirsən?
Başımı döndürüb, elə etmisən
Yaşamaq çətindir sevgi olmadan!

Qeyd edək ki, şeiri tərcümə edən Şəfiqə Şəfadır


Teqlər:





Xəbər lenti