Uşaqlığından ən böyük marağı rəsm çəkmək olan Ramil üçün sonralar bu maraq bir əyləncəyə çevrilib. Əvvəllər kağız üzərində şəkillər çəksə də, sonralar yağlı boyaya da müraciət edib. Rəssamlıq yolunda addımlayarkən televiziyada göstərilən rəssamlıq proqramlarından və bu incəsənət növü ilə bağlı kitablardan yararlanıb. Mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyi sevir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Ramil hazırda 300-dən çox əsərin də müəllifidir.