Əcnəbilərə ərə gedən məşhur azərbaycanlılar - SİYAHI

Əcnəbilərə ərə gedən məşhur azərbaycanlılar - SİYAHI
  13 Sentyabr 2014    Oxunub:9354
Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlılarınn sayı hər il artır. Xüsusən də xanımlarımız türk bəylərə üstünlük verərək onlara ailə həyatı qururlar. Statistikaya nəzər yetirsək görərik ki, bu ilin ilk beş ayında qeydə alınan göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.

AzVision.az-ın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyindən bildiriblər ki, bu ilin 5 ayı ərzində 175 türk və azərbaycanlı cütlüyün nikahları səfirlikdə qeydiyyata alınıb. Bu rəqəmlər yalnız Azərbaycanda baş tutan nikahlara aiddir.

Qardaş xalqların nümayəndələri arasında baş tutan toylardakı 20%-lik artıma azərbaycanlı gəlinlərin səbəb olduğu bildirilir. Bəzi şəxslər bu məsələni ölkədə evlənmək istəyən kişi namizədlərin cəmi 40 faiz olması ilə əlaqələndirirlər.

Qadınkar hesab edirlər ki, ailə qurmaq istəyən kişilərin 40 faizinin 15 faizi Rusiyada yaşayır, işləyir, 4-5 faizi ümumiyyətlə, qadınları sevmir, 20 faizi isə ancaq qohum və tanış qızları, ya da varlı qızlarla evlənirlər.

Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə beynəlmiləl izdivac bağlayıblar. Azərbaycanlı qızların xoşbəxt etdiyi əcnəbilərin sırasında sonrakı yerdə İran vətəndaşları gəlir.

Həmçinin azərbaycanlı xanımlar Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var.
Türklərlə evlənən müğənnilər, modellərlə yanaşı jurnalistlərin də sayı az deyil. Jurnalist İlhamə Qasımlının Bakıda sonuncu iş yeri “525-ci qəzet” olub. Türkiyəyə gəlin köçən xanım jurnalist, hazırda Ankarada yaşayır və Azad adlı bir oğlu var.

Şeyda Nəsibli (Kamaloğlu) 1996-cı ildən 2006-cı ilədək Bakıda nəşr olunan “Hürriyyət”, “Bu gün”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. Türkiyə vətəndaşı Məhəmməd Kamaloğlu ilə ailə qurub, iki oğlu var.

ANS-in keçmiş aparıcısı, “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün sabiq baş redaktoru Məhsəti Şərif Özyürək də türk bəylə ailə qurub. Xanım jurnalistin Həyat yoldaşı Türkiyənin özəl şirkətlərinin birində çalışır. Hazırda onlar İstanbulda yaşayır.
Jurnalist Elza Alışova Quzey Kipr Türk Cümhuriyyətində yaşayır. Kipr türkü Salih bəylə ailə quran xanım “Üç nöqtə”, “Mərkəz”, “Xalq Cəbhəsi”, Cümhüriyyət”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetlərində işləyib. Bir oğul anasıdır.

Türkiyə vətəndaşı ilə evlənərək Ankaraya gəlin köçən jurnalist Şəhla Əbusəttar Bakıda yaşadığı müddətdə “7 gün”, "Olaylar", "Reytinq", "Azadlıq" qəzetlərində, “Himayədar” jurnalında işləyib, "Yeni Müsavat", "Kriminal" qəzetləri ilə əməkdaşlıq edib.

Jurnalist Kəbutər Haqverdi “Azərbaycan”, “Şans” qəzetlərində işləyib. Son iş yeri isə 14 il çalışdığı “Yeni Azərbaycan” qəzeti olub. Türk bəylə ailə həyatı quran xanım hazırda qardaş ölkədə yaşayır.

ANS-in “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyeva türklə ailə həyatı qurub. O, 2010-cu ildən teleməkanın reytinqli verilişlərindən olan “Uşaqdan böyüyə”nin həm aparıcısı, həm də layihə rəhbəri olub. Türkiyə vətəndaşı ilə ailə quran məşhur aparıcının həm ölkəmizdə, həm də Türkiyədə toy mərasimi olub. Xanım jurnalistin toy mərasimi restoranda deyil, dəniz kənarında, qumsalda təşkil olunub. Onun həyat yoldaşı Türkiyə ordusunun zabitidir.

Bu günlərdə ana olan müğənni Aygün İsmayılova da Türkiyədə gəlindi. Onun həyat yoldaşı Haluk adlı türk vətəndaşı bizneslə məşğuldur.

Qeyd edək ki, Aygün İsmayılova “Yeni ulduz” yarışmasının iştirakçısı olub. Aygün ailə qurduqdan sonra sənətdən uzaqlaşıb və İstanbulda yaşayır.

Tanınmış model Minarə Allahverdiyeva ölkəmizdə çalışan prodüser Kamal Cenk İçtənlə ailə həyatı qurub. Şəhər restoranlarından birində keçirilən toy mərasimində bir sıra tanınmış simalar da iştirak edib. Bu, Minarə və Cenkin ikinci evliliyidir. Minarənin ilk evliliyindən bir qızı da var.

Azərbaycanlı model Nuranə Alyasova da türk bəylə ailə həyatı qurub.
"Miss Azerbaijan 2012" gözəllik yarışmasının finalçısı Türkiyə vətəndaşı Səfa Qaraqurda ərə gedib. Səfa Qaraqurd Bakıya daha çox bağlıdır. Nüranə və Səfa hər ikisi ali təhsilli memardırlar.

Qeyd edək ki, Nuranənin bacısı Minarə Allahverdiyeva “Miss Azerbaijan 2013” müsabiqəsinin finalçılarındandır.

Tanınmış müğənni İradə İbrahimova Ceyhun İzzət adlı Azərbaycan əsilli türk biznesmenlə ailə qurub. Onlar hazırda Türkiyədə yaşayırlar. Xanım müğənninin türk bəydən İpək İzər adlı bir qız övladı var.

Müğənni Nurcan Türkiyə vətəndaşı Məsut bəylə ailə qurub. İş adamı olan Məsut bəy bir neçə restoranların və obyektlərin sahibidir. Cütlüyün toyu Bakının mötəbər şadlıq sarayların birində baş tutub.

Təqdim etdiyimiz siyahını bir az da genişləndirmək olar. Başqa ölkə vətəndaşları ilə ailə həyatı quran həmyerlilərimiz arasında təkcə jurnalistlər, sənət adamları deyil, digər sahələrin nümayəndələri də var.

Hazırladı: Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti