Rüşvət prorektorun boğazında qaldı – VİDEO

Rüşvət prorektorun boğazında qaldı – VİDEO
  29 Aprel 2013    Oxunub:1562
Aprelin 15-də tələbədən rüşvət aldığına görə saxlanılan Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayevin videosu yayılıb.
Videoda prorektorunun göz xəstəliyindən əziyyət çəkən və müalicə almaq üçün akademik məzuniyyət istəyən tələbəni günlərlə müxtəlif bəhanələr get-gələ salması və ondan bunun müqabilində 500 manat məbləğində rüşvət istəməsi göstərilir. Qorxmaz Ağayev tələbənin xahişlərindən sonra tələb etdiyi rüşvətdə 100 manat "endirim" etməyə razı olub və ondan tibbi arayışının da yerinə olmasını tələb edir.
Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru rüşvəti aldıqdan dərhal sonra baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə üzləşib. İdarənin əməkdaşlarını görən Qorxmaz Ağayev qorxudan aldığı rüşvəti udur və halı xarab olur...




Teqlər:  





Xəbər lenti