Davudoğlu sevindiyindən Bakıda nə etdi?

Davudoğlu sevindiyindən Bakıda nə etdi?
  20 Sentyabr 2014    Oxunub:9805
Türkiyənin baş naziri Əhməd Davudoğlu 49 türk diplomatın İŞİD terror qruplaşmasından azad olunması ilə əlaqədar bu gün Bakı səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.

AzVision.az xəbər verir ki, Türkiyəyə gedən kimi azadlığa çıxan diplomatlarla görüşən baş nazir Bakıda eşitdiyi bu xəbərdən sevindiyini bildirib.

Davudoğlu bu şad xəbəri eşitdikdən sonra şükür namazı qıldığını deyib.

“Dövlətimizə güvəndiniz, bizlərə güvəndiniz, biz də sizə inandıq. Bu gün iki bayramı birdən yaşayacağıq. Bu günü Allah bizə nəsib etdi”.

AzVision.az


Teqlər:  





Xəbər lenti