Daşlar necə “yeriyir”? – ELMİ CAVAB

Daşlar necə “yeriyir”? – ELMİ CAVAB
  29 Aprel 2013    Oxunub:4674
ABŞ-nın Kaliforniya ştatında «Ölüm vadisi» adlanan vadi yerləşir. Bu vadidə çox möcüzəvi hadisə baş verir. Ayaqları, qolları, əzələləri olmayan daşlar kilometrlərlə yol gedirlər!
Həm kiçik, həm də iri və çox ağır daşlar gah dalğavari, gah ziqzaq, gah da düz xətt üzrə vadi boyu yeriyirlər. Həm də bir istiqamət üzrə deyil, müxtəlif istiqamətlərdə…

Yeriyən daşlar ilk dəfə aşkar edildikdə elm dünyasında böyük əks-səda doğurmuş və elm adamları bu əsrarəngiz hadisəni dərhal araşdırmağa başlamışdılar. Ancaq illərlə aparılan tədqiqatlara baxmayaraq, uzun müddət heç nə əldə edə bilmədilər. Ta ki yaxın dövrə qədər…

Vadidə heç vaxt yağış yağmaması və zəlzələ olmaması bütün digər ehtimalları çıxdaş edirdi. Daşların yuxarıya doğru da hərəkət edə bilməsi isə bu hadisənin bölgədəki maqnetik sahə ilə əlaqədar olmadığını təsdiqlədi.

2010-cu ilin baharında NASA-nın tədqiqatçıları vadini təhlil etməyə başladılar. Düz əraziyə ötürücülər yerləşdirildi. Cihazlar mart ayında torpağın ən üst təbəqəsində şaxta olduğunu, aprel ayında isə 3 qarış dərinliyə qədər torpağın nəm olduğunu göstərdi. Bu məlumatlara əsaslanaraq tədqiqat qrupu bir nəticəyə gəldi. Mart ayında ətrafdakı dağlara yağan qar incə təbəqə şəklində vadiyə axır, gecə vaxtı daşların altına su dolur və beləliklə, buz halqası meydana gətirir. Aprel ayında isə vadiyə ikinci dəfə incə su təbəqəsi axdıqda daşın altında qalan buz halqaları bir növ qayıq kimi daşların süyün üzərində “üzməsinə” səbəb olurdu. Buz halqaları şüşə kimi möhkəm olduğuna görə, vadinin üzərində iz qoyur,ancaq sonra əriyərək yox olduqda geridə ancaq daşlar və daşların “yeridiyi” cığırlar qalırdı.

Zaur Rzayev




Teqlər:  





Xəbər lenti