Temperatur 32 dərəcəyədək artacaq

Temperatur 32 dərəcəyədək artacaq
  01 May 2013    Oxunub:1571
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperaturun gecə 8-13° isti, gündüz 20-25° isti, Bakıda gecə 11-13° isti, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-70 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında 22-27°, bəzi yerlərdə 32°-dək isti, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəydə 15-20°, bəzi yerlərdə 23°-dək isti, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayılda 24-29°, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda 23-28° isti, Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada 24-29°, bəzi yerlərdə 32°-dək isti, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada 19-24° isti olacağı gözlənilir.


Aqrometeoroloji şərh: Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 18-210-a yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək. Belə hava şəraiti əksər aran rayonlarında payızlıq dənli bitkilərin sünbülləməsi, meyvə ağaclarında meyvələrin böyüməsi, bostan və tərəvəz bitkilərinin əkilməsi, çox illik otların inkişafı üçün əlverişli olacaq.


Teqlər:  





Xəbər lenti