Polisə tabe olmayanlara ağır cəza

Polisə tabe olmayanlara ağır cəza
  01 May 2013    Oxunub:1580
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycanda polisə tabe olmamağa görə cəzalar sərtləşdirilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə dəyişikliklər edilir.

Layihədə 310.1. maddəyə edilən dəyişikliyə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə 15 günədək inzibati həbs 1 ay ilə əvəz olunur. 310.2. maddəsinə edilən dəyişikliyə görə isə hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə də nəzərdə tutulan 15 günədək müddətə inzibati həbs artırılaraq 1 ay müddətində tətbiq olunacaq. APA xəbər verir ki, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Teqlər:





Xəbər lenti