Kremlin Qafqaz planları – MEDİA DAYCEST

Kremlin Qafqaz planları – MEDİA DAYCEST
  29 Yanvar 2013    Oxunub:3329
Bu ərəfədə Davosda maraqlı bir siyasi ştrix oldu. İlham Əliyevdən müsahibə götürən jurnalist sonda ona bir vərəq uzatdı. Vərəqdə Qərb və ABŞ qeyd olunmuşdu və jurnalistin xahişi ilə İlham Əliyev bu ölkələrin iqtisadiyyatları arasında seçim etməli idi. O, seçimini etdi və ABŞ iqtisadiyyatını göstərdi. Amma əsas bu deyil. Odur ki, vərəqdə Rusiya, ümumiyyətlə, yox idi.

Gündəm Xəbər


“EL” in sədri yaxın günlərdə məlum olacaq

“EL” hərəkatında bir neçə pilləli idarəetmə strukturu olacaq. Bura hərəkatın sədri, İdarə Heyəti, Məclisi, hər bir seçki dairəsi üzrə nümayəndələri daxil olacaq. Prezident seçkisi dövründə isə əlavə strukturlar yaradılacaq. Hazırda bu haqda müzakirələr aparırıq”. “EL” hərəkatının təşkilatçılarından olan Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov “Media forum” saytına belə deyib. Politoloqun sözlərinə görə, hazırda hərəkatın təşkilatlanma işləri davam etdirilir: “Biz qərara gəlmişik ki, bu hərəkatın strukturlaşması rayonlar üzrə deyil, 125 seçki dairəsi və seçki məntəqələri üzrə olsun. Artıq təşkilatlanma işlərinin xeyli hissəsi görülüb. Qarşıdan prezident seçkisi gəlir. Əminik ki, hərəkat seçki prosesində böyük rol oynayacaq”.

Eldar Namazov hərəkatın sədrinin kim olacağını açıqlamayıb: “Yaxın günlərdə təqdimat olacaq və orada hər şeyi açıqlayacağıq”.



Azərbaycan müharibəərəfəsində



Ermənistanın Azərbaycanın işğal olunmuş Xocalı rayonunda tikdirdiyi aeroport mövzusu bir müddətdir ki, siyasi gündəmin başlıca məsələlərindən birinə çevrilib. Problemin bu yaxınlarda xarici işlər nazirlərinin görüşündə çözüləcəyi deyilsə də, narahatlıq çəkilmir, çünki Ermənistan tərəfi uçuşlara başlayacağını, Azərbaycan isə təyyarələrin vurulacağını deyir. Bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda hərbi akademiyasının açılması haqda da qərar qəbul edildi. Rusiya tərəfi mütəmadi olaraq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə neytral mövqe tutmayacağına işarə edir. Həm də bölgədə iştirakla bağlı Rusiya Gürcüstana da bir ümidlə baxır. Davosda iki ölkənin baş nazirləri arasında ilk ayaqüstü söhbət oldu. Amma güman ki, gələcəkdə Cənubi Qafqazın geosiyasi arxitekturası məhz indiki şəkildə qurulacaq və Ermənistan böyük bir ehtimalla Rusiyanın Cənubi Qafqazda əsas və yeganə forpostu kimi qalacaq.

Bu ərəfədə Davosda maraqlı bir siyasi ştrix oldu. İ. Əliyevdən müsahibə götürən jurnalist sonda ona bir vərəq uzatdı. Vərəqdə Qərb və ABŞ qeyd olunmuşdu və jurnalistin xahişi ilə İ. Əliyev bu ölkələrin iqtisadiyyatları arasında seçim etməli idi. O, seçimini etdi və ABŞ iqtisadiyyatını göstərdi. Amma əsas bu deyil. Odur ki, vərəqdə Rusiya, ümumiyyətlə, yox idi. Düzdür, söhbət iqtisadiyyatdan gedirdi, amma bəzən iqtisadiyyat elə dövlətin siyasi çəkisini də müəyyən edir.



Etirazları Azadlıq meydanına daşımaq çağırışları səslənir



Yanvarın 30-u, saat 16:00-da Bakıdakı Azadlıq meydanında etiraz aksiyası keçiriləcək. Artıq bu məqsədlə facebook sosial şəbəkəsində xüsusi çağırış da edilib. Çağırışda bildirilir ki, bu aksiya hansısa müxalifət partiyası tərəfindən deyil, haqsız rejimə etiraz edən hər bir mərd vətən oğlunun, qızının aksiyasıdır. Sosial şəbəkə vasitəsilə yayılan çağırışda daha sonra qeyd olunur ki, 30 yanvar aksiyasının məqsədi və amalı xalqı bir yerə toplamaqdır.



Kremlin Qafqaz planları



Amerikanın analitik mərkəzi “Stratfor” 2013-cü ilə olan geosiyasi proqnozlarını açıqlayıb. “Rusiyanı sevməyən prezident Mixail Saakaşvilidən fərqli olaraq, Gürcüstanda hakimiyyətə gələn milyonçu Bidzina İvanişvili və onun “Gürcü arzusu” adlı partiyası Rusiyanın bu ölkədəki təsirini daha da artırıb. Oktyabrda keçiriləcək prezident seçkiləri və konsitutsiyada dəyişikliklərin baş verməsi 2013-cü ildə İvanişviliyə hakimiyyəti əlində cəmləməyə imkan verəcək”, - deyə məqalədə yazılıb.

Stratfor hesab edir ki, Tiflisin artıq xarici siyasi kompası Qərb və NATO-nu göstərmir. Əksinə, Rusiya ilə münasibətləri getdikcə normallaşır. Məqalə müəllifləri düşünür ki, bu şəkildə Gürcüstan riskə gedir. O, heç də xoşagəlməyən vəziyyətə düşə bilər. Çünki yeni siyasi reallıq regionun digər oyunçu dövlətləri, məsələn, Rusiyanın artan təsirindən narahat olan Azərbaycanla münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.

Geotəhlil zamanı analitiklər İran müharibəsinə də toxunublar. Onlar hesab edir ki, 2013-cü ildə ABŞ-la İran arasında hərbi münaqişə baş verməyəcək.



Unikal



Müsavatın Lənkəran sevgisi



Müsavat Partiyasının başqanı İsa Qəmbər yanvarın 27-də növbəti dəfə Lənkərana getməyə çalışıblar. Belə ki, İ. Qəmbər əvvəlcədən elan etdiyi kimi partiya rəhbərliyi, sıravi müsavatçılar və çoxsaylı jurnalistlərin müşaiyəti ilə cənub şəhərinə yollandı. İsa Qəmbəri təxminən 25 avtomobilin olduğu maşın kərvanı müşaiyət edirdi. Amma Cəlilabadın girişində yola qısa bir fasilə verildi. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, ötən hadisə baş verən ərazidə 100-ə yaxın adam onları gözləyir. Beləliklə Müsavat başqanının Lənkəran səfəri yenə də baş tutmayıb. Səbəb isə ondan ibarətdir ki, Müsavat bu bölgədə dindarlarla görüşmək istəyir. Məlum olduğu kimi, bölgədə dindarlar kifayət qədər çoxdur və son zamanlar onların siyasiləşməsi istiqamətində müəyyən addımlar atılıb. Müsavat başqanı Lənkərana səfər etməklə həm də bu sosial bazaya sahiblənmək istəyir.



Səfər Əbiyevin generalları ikiyə bölündü



Müdafiə Nazirliyi sistemində ikitirəlik yaranıb. Buna səbəb son vaxtlar ölkə ictimaiyyətinin və mətbuatın əsas tənqid hədəfinə çevrilmiş, istefası tələb olunan Səfər Əbiyevin müdafiəsi ilə bağlı fikir ayrılığıdır. Məlumata görə, birbaşa Səfər Əbiyevin özünün istəyi və razılığı ilə Silahlı Qüvvələrinin zabitləri müdafiə nazirinin müdafiəsi ilə bağlı kampaniyaya cəlb edilib. Bəyanatı 150-dən artıq hərbi qulluqçu, və o cümlədən general-leytenant Yaşar Aydəmirov imzalayıb. Maraqlıdır ki, “bəyanat şousu”na cəmi bir general qoşulub. Ekspert hesab edir ki bu təbiidir: “Bu, ordu generalitetində müdafiə naziri ilə bağlı ikili əhval-ruhiyyənin hökm sürməsi iləəlaqədardır”. Görünən odur ki, Səfər Əbiyevə zabitlərin dəstək kampaniyası əslində ordu sistemində daha bir ciddi problem ortaya çıxarmaqdadır – nazirlər geniralitetin böyük hissəsinin gizli, bəzən isə aşkar görünən soyuqluğunu.



Yeni Müsavat



Ramil Usubov İsmayıllıdan danışdı



Bakı və İsmayıllıda baş verənlərə Daxili İşlər naziri Ramil Usubov da toxundu. Nazir bu hadisələri siyasi deyil, 200-ə yaxın adamın xuliqanlıq hərəkəti kimi qiymətləndirib.



Zerkalo



Ереван и Баку демонстрируют крутизну



Главы МИД Армении и Азербайджана прибыли в Париж, где 28 января состоялась их встреча с сопредседателями Минской группы ОБСЕ по вопросам карабахского урегулирования. Накануне парижских переговоров по поводу перспективы открытия Ходжалинского аэропорта высказался посол США в Баку Ричард Морнингстар. “Сопредседатели Минской группы ранее заявляли и сейчас заявляют, что стороны должны воздерживаться от шагов, которые могут нанести удар по мирному процессу. Открытие аэропорта в Ходжалы способно создать напряженность в мирных переговорах”, – сказал он. По мнению российского эксперта Василия Колташова, в случае возобновления полномасштабных боевых действий Россия открыто встанет на сторону Армении. Риски для нее отныне велики. С Арменией у России есть крупные деловые проекты. В Баку, безусловно, надеются на активную поддержку со стороны Запада, прежде всего со стороны Турции, США и Израиля. Израиль, кроме поставок вооружения, может, а скорее всего, будет оказывать активную лоббистскую поддержку Азербайджану. Одним словом, стороны имеют определенные внешние стимуляторы для демонстрации силы и воли. Но при этом необходимо учесть, что любая надежда на внешнюю поддержку не бывает безвозмездной…



Почему Азербайджан в центре внимания?



Азербайджан постоянно находится в центре внимания международной общественности. Повод есть всегда. Одних это радует, других – не очень. Армяне очень не любят нашего президента И.Алиева. Даже армянские политологи его ненавидят. Но они, т.е армяне, очень любят и уважают Эйнуллу Фатуллаева. Другие открытым текстом обвиняют тех, кто затрагивает темы нарушения прав человека, коррупции, пытается разобраться в причинах массовых беспорядков, возникающих ни с того ни с сего то в одной, то в другой части страны, существования политических заключенных, в том, что они по заказу наших внешних недоброжелателей преследуют цель дестабилизировать внутриполитическую ситуацию в Азербайджане. И, естественно, вспоминают о существовании карабахского конфликта, решение которого требует максимальной мобилизации всех внутренних ресурсов и национального единства.

Ну, во-первых, после того как Э.Фатуллаев призвал сессию Парламентской ассамблеи Совета Европы “не раздражать” официальный Баку по поводу существования в Азербайджане политических заключенных, думаю, армяне “перестали любить” нашего правозащитника. Во-вторых, мне как гражданину Азербайджанской Республики хотелось бы, чтобы везде было хорошо. Но, по большому счету, мне наплевать, как у них там. В-третьих, если в той или иной стране наблюдаются кризисные явления, то в этом прежде всего виновата власть. Проще говоря, они уверены в том, что мы не сможем пойти по эволюционному пути становления демократии. Естественно, в Армении многие этого и ждут. Ведь в мутной воде рыба ловится легче…



Bizim Yol



Əli İnsanovla bağlı qərar açılacaq



AŞPA rəhbəri Jak-Klod Minyon həbs edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun məktubuna cavab verib. Minyon qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsində onun işi diqqətlə izlənir və məhkəmədən verilən məlumata görə, yaxın günlərdə İnsanovun şikayəti üzrə qərar elan ediləcək. Bu barədə Turan-a İnsanovun vəkili Toğrul Babayev bildirib. İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərə görə mühakimə olunub. İnsanov yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi qəbul edilib.


Teqlər:  





Xəbər lenti