Sabah maraqlı mühazirə olacaq – qatıla bilərsiniz
Növbəti mühazirə 31 oktyabr 2014-cü il tarixində saat 19:00-da Beynəlxalq Muğam mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru Xanım Əsgərova tərəfindən keçiriləcək. Mühazirə Azərbaycan Sovet Rəngkarlığı mövzusuna həsr olunacaq.
Qeyd edək ki, layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.
Layihə müddətində bugünə kimi 4 mühazirə təşkil olunub və ümumilikdə 650 nəfər iştirak edib.Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.
AzVision.az
Teqlər: