La Liqada rüşvət qalmaqalı

La Liqada rüşvət qalmaqalı
  03 May 2013    Oxunub:2001
İspaniya Futbol liqası La Liqa da rüşvət qalmaqalı ilə sarsılıb.
İspaniya Futbol Federasiyası aprelin 13-də “Deportivo La Coruna”nın “Levante”ni 4-0 hesabı ilə məğlub etdiyi oyunla bağlı tədqiqata başlayıb.

“Deportivo” ittiham olunduğu matçın ilk yarısında “Levante”nin qapısına 3 cavabsız qol vurub. İspaniya mətbuatının yazdığına görə, bu hesabda Levantenin qapıçısı Xavyer Barkero və bəzi komanda yoldaşlarının böyük “rolu” olub.

Xatırladaq ki, federasiyanın “şübhəli matç” olaraq dəyərləndirdiyi oyunda hesabı 11-ci dəqiqədə Xuan Karlos Valeron açıb. Pizzi isə 19-cu dəqiqədə ikinci qola imza atıb, Nelson Oliveyra isə 21-ci dəqiqədə üçüncü qolla qələbəni təmin edib.

91-ci dəqiqədə atılan sonuncu qolla 4-0 hesabı ilə qalib gələn qonaq komanda ən yaxın rəqibi “Zaraqoza”nı üstələyə bilmişdi.

Bu matçla yanaşı komanda “Zaragoza”, “Mallorca” və “Celta Vigo”ya qaib gələrək “Barcelona” oyunundan sonra başlayan qələbə seriyasını davam etdirmişdi.

“Levante” klubu rəhbərliyi tədqiqata tam dəstək verdiklərini açıqlayıb.




Teqlər:  





Xəbər lenti