Mikayıl Cabbarov jurnalistlərin qarşısına çıxacaq

Mikayıl Cabbarov jurnalistlərin qarşısına çıxacaq
  04 May 2013    Oxunub:2284
Heydər Əliyev 90” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilir
Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev 90” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Yeni Azərbaycan Partiyasının icra katibi sədr müavini, Milli Məclisin üzvü Əli Əhmədov, TQDK sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyev, dövlət nümayəndələri, millət vəkilləri, rektorlar, müəllimlər və inşa müsabiqəsinin qalibləri iştirak edir.

Təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə mətbuat nümayəndələrinə bildirib ki, tədbirdən sonra yeni təhsil naziri ilk dəfə jurnalistlərlə brifinq keçirəcək.



Anar


Teqlər:  





Xəbər lenti