Xameneyi dünyaya meydan oxudu

Xameneyi dünyaya meydan oxudu
  16 Fevral 2013    Oxunub:2468
“Nüvə bombası istəmirik, lakin əgər bunu istəsəydik, heç bir güc bizim qarşımızda dayana bilməzdi”.
Bunu İranın ali lideri Ayətullah Əli Xameneyi bu gün Tehranda Şərqi Azərbaycan əyalətindən əhali ilə görüşündə deyib. Bu barədə İSNA agentliyi məlumat verir.
"Bizim inancımıza görə nüvə bombaları hamısı məhv olmalıdır və biz belə bir bombalara sahib olmaq istəmirik. Lakin əgər belə inancımız olmasaydı və qərara gəlsəydik ki, nüvə bombasına sahib çıxaq, onda heç bir güc bizim qarşımızda dura bilməzdi", - deyə Ayətullah Əli Xameneyi deyib.
(trend)


Teqlər:  





Xəbər lenti