Naziri yaddan çıxarıb getdilər

Naziri yaddan çıxarıb getdilər
  16 Fevral 2013    Oxunub:2414
Türkiyə mətbuatında yayılan məlumata görə, Gürcüstanın nümayəndə heyəti iştirak etdikləri tədbirlərdən birində müdafiə naziri İrakli Alasaniyanı yaddan çıxarıb gediblər.
Türkiyə tərəfi ilə görüşdə Gürcüstanın Müdafiə Naziri şəxsən iştirak edib. Lakin danışıqların sonuna yaxın o, zalı müvəqqəti olaraq tərk edib. Geri qayıdanda isə həm türk, həm də gürcü nümayəndələrinin zalda olmadığını görüb. Bu haqda məlumatı türk forumlarından birində çalışan jurnalisti yayıb. Jurnalist bildirib ki, Alasaniyanı otaqda tək və xeyli çaşqın görüb.O, müdafiə nazirini belə görəndə onu öz avtomobili ilə lazımi yerə aparmağı təklif edib. Lakin nazir təklifi rədd edib və bildirib ki, o taksi ilə gedəcək.
Hadisə ilə bağlı Gürcüstan Müdafi Nazirliyindən heç bir rəsmi açıqlama gəlməyib.


Teqlər:  





Xəbər lenti