Mayın 10-da yollar bağlanacaq

Mayın 10-da yollar bağlanacaq
  08 May 2013    Oxunub:1531
Mayın 10-da paytaxtda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) xəbərdarlıq edir. Belə ki, Heydər Əliyevin 90 illik yubiley mərasiminin keçirilməsi məqsədi ilə mayın 10-da saat 07.30 dan M.Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən, Mehdi Hüseyn küçəsi 1 ünvanından, yəni Teleteatr binasının yanından Parlament prospekti ilə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzVision.az-a verdiyi məlumata görə, Şəmsi Bədəlbəyli küçəsinin Bülbül və Rəşid Behbudov küçələri ilə kəsişməsinə qədər olan istiqamətdə də avtomobillərin hərəkətinə tədbir bitənə qədər tam məhdudiyyət qoyulacaq: “Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək “Gül bayramına” gələn şəhər sakinlərin və qonaqların nəzərinə çatdırıb ki, tədbirə giriş Mili Konservatoriyanın inzibati binasının qarşından olacaq”.

BŞDYPİ əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə almalarını və şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti