Əli Həsənov rəqiblərdən danışdı
PA rəsmisi vurğulayıb ki, Azərbaycan on milyonluq əhalisi ilə bölgədə müstəqil siyasət yeridən dövlətə çevrilib: “Prezident İlham Əliyev müstəqil geosiyasi siyasət ortaya qoyur. İlham Əliyev Azərbaycanın maraqlarına xidmət etməyən heç bir məsələ ilə razılaşmır. Belə bir mərhələdə ölkəni daxildən qızışdırmaq, qarşıdurma yaratmaq istəyən elə insanlar var ki, onların qarşısını yalnız ağsaqqallar ala bilər. Əminəm ki, qarşıdan gələn siyasi fəallıq dövründə Ağsaqqalar Şurası bütün proseslərin başında olacaq".
Əli Həsənov prezident seçkilərinə toxunaraq deyib ki, bu, taleyüklü seçkidir: “Azərbaycan cəmiyyəti və dövləti özünün elə bir dörvünə, mərhələsinə qədəm qoyub ki, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanır. Amma bizim dövləti dünyada hamı istəmir, rəqiblərimiz, bugünki inkişafı gözü götürməyənlər var".