Qadın gözləri ilə kitab yazdı

Qadın gözləri ilə kitab yazdı
  11 May 2013    Oxunub:2127
ABŞ-ın Ayova ştatının sakini heç bir fiziki hərəkət etmədən kitab yazıb.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kitabı yazan Darla Börns Şarko xəstəliyi kimi tanınan yan amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkir. Börns tamamilə iflicdir. O, əl və ayaqlarını hərəkət etdirə bilmədiyi üçün kitabı gözləri ilə yazıb.

Börns xüsusi kompüterdən istifadə edib. O, kompüterdə lazım olan hərf və hərf birləşməsinə baxmaqla kitabı yazıb.

Kitab qadının oğlunun arzusu olub və onun ərsəyə gəlməsi üçün bir neçə ay lazım olub. Altı il yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən Börns kitabda xatirələrindən bəhs edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti