Ermənistan sükuta qərq oldu

Ermənistan sükuta qərq oldu
  17 Fevral 2013    Oxunub:2558
Ermənistanda prezident seçkiləri öncəsi “sükut günü” elan edilib
Ermənistan KİV-lərinin verdiyi məlumata görə, Ermənistanın Seçki Məcəlləsinə əsasən, ölkə ərazisində yanvarın 21-dən start götürmüş seçkiqabağı təbliğat-təşviqat kampaniyası 16 fevral saat 24:00-dan dayandırılıb. Gecəyarıdan istənilən təşviqat qadağan olunub ki, bununla da, seçicilər prezident seçkilərində hansı namizədə səs verəcəklərini hər hansı təzyiq olmadan müəyyənləşdirə bilsinlər. Proqram və görüşlərini təbliğ etmək üçün siyasi qüvvələrə isə 27 gün vaxt verilmişdi.
Ermənistanda dövlət başçısı postu uğrunda yeddi namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident, hakim Respublika Partiyasının lideri Serj Sarkisyan, "İrs" partiyasının sədri Raffi Ovanisyan, Ermənistan Milli Konqresindən ayrılmış "Azadlıq" Partiyasının lideri, keçmiş baş nazir Hrant Baqratyan, Paruyr Ayrikyan, Arman Melikyan, Vardan Sedrakyan və Andrias Qukasyandır.
Fevralın 8-də "Milli razılıq" patiyasının lideri Aram Arutyunyan Ermənistan Mərkəzi Seçki Komissiyasının binasının yaxınlığında birgünlük aclıq aksiyası ilə namizədliyini geri götürdüyünü elan edib.
Seçkiqabağı kampaniyanın başlanmasından aclıq aksiyası keçirən Andrias Qukasyan və Arman Melikyan səs verməyəcək.
Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçki məntəqələri yerli vaxtla saat 8:00-dan 20:00-dək açıq olacaq.
Ermənistanın MSK-sı ölkə üzrə 6883 müşahidəçi qeydə alıb ki, onların 6251-i 26 yerli ictimai, 632 nəfəri isə 12 beynəlxalq təşkilatları təmsil edirlər.


Teqlər:  





Xəbər lenti