“Mənim oxucularım, mənim xalqımdır”

“Mənim oxucularım, mənim xalqımdır”
  14 May 2013    Oxunub:1539
Hansı vəzifədə işləməyimdən asılı olmayaraq ilk növbədə yazıçıyam, qələm adamıyam. Eyni zamanda, işlədiyim vəzifələrin də məsuliyyətini hiss edən adamam. Ədəbiyyatda yazı masasının arxasında hansı məsuliyyəti hiss edirəmsə, vəzifədə olanda da, işdə də həmin məsuliyyəti daşıyıram.
Bu sözləri jurnalistlərə müsahibəsində bu gün 70 yaşını qeyd edən Xalq Yazıçısı Elçin deyib. “Hər bir yazıçı üçün ən böyük mükafat oxucu sevgisi və məhəbbətidir. Vətəndaşlarının, xalqının, ölkəsinin sevgisidir, məhəbbətidir”,-deyə yazıçı bildirib.

Müstəqil Azərbaycanın ali mükafatlarını almaq son dərəcə şərəfli bir hadisədir. 10 il bundan əvvəl, 60 yaşım tamam olarkən rəhmətlik ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə “İstiqlal” ordeninə layiq görülmüşəm. Bu ənənə davam edir. Bu günlərdə isə Prezidentimiz İlham Əliyev məni Azərbaycan Respublikasının digər ali mükafatı - “Şərəf” ordeni ilə təltif etmişdir. Əlbəttə, bunlar mənim üçün son dərəcə əhəmiyyətlidir.

Yetmiş illik yubileyi ərəfəsində 3 mindən çox teleqram aldığını deyən Xalq Yazıçısı bildirib ki, bunların 100 nəfəri rəsmi adamlardısa, yerdə qalanı mənim tanımadığım oxucularımdır. Mənim oxucularım, mənim xalqımdır. Mən bundan sonra da nə qədər imkanım var, indiyədək göstərdiyim xidmətləri, həm ədəbiyyat sahəsində, həm mədəniyyət sahəsində, həm də bir dövlət qulluqçusu kimi şərəflə, ləyaqətlə davam etdirəcəyəm.



Teqlər:





Xəbər lenti