ABŞ-la Rusiya arasında gərginlik yarandı

ABŞ-la Rusiya arasında gərginlik yarandı
  17 Fevral 2013    Oxunub:2508
Amerika hərbiçiləri Rusiyanı təxribatda günahlandırır
Bu həftə ərzində Rusiyaya məxsus iki Tu-95 qırıcısı Amerikanın Sakit Okean sahilindəki Quam adasında Birləşmiş Ştatların F-15 döyüş təyyarələri tərəfindən saxlanılıb. Vaşinqton Post qəzeti Rusiya qırıcılarında nüvə silahı olduğunu iddia edib. Amerikalı hərbiçilər bunu Rusiyanın təxribatı adlandırıb. Hadisə ABŞ prezidenti Barak Obamanın konqresdə çıxışı ilə eyni günə təsadüf edib. Hər iki ölkənin qırıcılarının pilotları hadisəyə mütəxəssis kimi yanaşdığından başqa bir insident qeydə alınmayıb.


Teqlər:  





Xəbər lenti