Cənubi Kiprdə prezident seçkiləridir

Cənubi Kiprdə prezident seçkiləridir
  17 Fevral 2013    Oxunub:2194
Hazırki prezident Dimirtis Xristofyas öz namizədliyini irəli sürməyib
Cənubi Kipr respublikasında bu gün prezident seçkiləri keçirilir. Ölkədə 1000-dən çox seçki məntəqəsi açılıb. Səsvermə hüququna malik 545 min C. Kipr vətəndaşı 11 namizəd arasından növbəti prezidenti seçəcək. Konstitusiyaya görə, ölkə prezidenti həm də hökumət başçısıdır və o, 5 ildən bir seçilir.
Hazırki prezident Dimitris Xristofyas seçkidə iştirak etmir. İctimai rəy sorğularına görə, seçicilərin əksəriyyəti iqtisadi böhran şəraitində prezident olaraq sağçılar partiyasından olan namizəd Nikos Anastasiadisi görür. Seçicilərin təxminən 40%-i öz səsini ona verməyə hazırlaşır.
Prezident seçilmək üçün isə namizədlər səslərin ən azı 50%-ni toplamalıdırlar. Əgər bu baş verməsə, fevralın 24-ü prezident seçkilərinin 2-ci turu keçiriləcək və 1-ci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq.


Teqlər:





Xəbər lenti