Ermənistandakı aksiyaların pərdəarxası - Deputatın versiyası

Ermənistandakı aksiyaların pərdəarxası - Deputatın versiyası
  26 Yanvar 2015    Oxunub:3211
`Bu gün İrəvanda baş verənlər və Sərkisyanın açıqlaması bir daha təsdiqləyir ki, son günlər cəbhə xəttindəki atışmalar Gümrü olaylarından diqqəti yayındırmaq üçündür`. Bu fikir Ermənistandakı hadisələri şərh edən siyasi icmalçı, millət vəkili Sahib Alıyevə aiddir.

Onun fikrincə, gərginliklərin Qarabağda deyil, daha çox Ermənistanla sərhəddə baş verməsi təsadüf deyil: `Belədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə qarışa bilər. Yəni hazırda Ermənistanda bayraqları ayaqlar altına salınıb tapdanan Rusiyanın hərbi bazası onlar üçün yenidən dönüb xilaskara çevirilir`.

Deputat diqqəti həm də buna yönədir ki, Gümrüdəki olaylara etiraz aksiyayarıyla paralel olaraq hərbi xunta ölkənin sərhəddində baş verənlərdən "qəzəblənən" gənclərin yürüşünü təşkil edir:

- Yəni qəzəb hədəfi kimi Rusiyanın Azərbaycanla əvəzlənməsi prosesi gedir. Və Gümrüdəki olaylarla bağlı ölkəsini narazılıq dalğası bürüyərkən ağzına su alıb susan Sərkisyan Azərbaycanı hədələməyə başlayır ki, sərhəddə baş verənlərə görə asimmetrik cavablarıyla üzləşəcəyik və hətta önləyici zərbələr endiriləcək. Bu artıq savaş hədəsidir və əgər dediklərini etməyə qalxsa, Sərkisyan bunu özbaşına etməyəcək və planlaşdırdığı önləyici zərbə Ermənistanın həm də forpost kmi varlığı üçün sonlayıcı zərbə olacaq.



Teqlər:





Xəbər lenti