ABŞ Rüstəm İbrahimbəyova qarşı
Onun sözlərinə əsasən, Qərbdə bu layihəyə şübhə ilə baxırlar. Yəqin elə buna görə də, B.Hacıyev vaxt itirmədən Milli Şuranın əleyhinə danışmağa başlayıb. “Məni dəfələrlə Milli Şuraya dəvət ediblər. Amma mən ABŞ-a səfərdən əvvəl qərar vermək istəmədim. Amma ABŞ-da Milli Şuraya gözlədiyim dəstəyi görmədim”,- deyə o, bildirib.
B.Hacıyevin öz cavabından da göründüyü kimi, o, Milli Şura məsələsində okeanın o biri tayından məsləhət almamış qərar vermək istəməyib. Ona deyilən isə yenə də B.Hacıyevin cavabından aydın görünür: “Qərb Rüstəm İbrahimbəyovun təşkilatını məsləhətli bilmir”.
Ümumiyyətlə, elə əvvəlcədən də məlum idi ki, R.İbrahimbəyovun ideya müəllifi olduğu Milli Şura, hər hansı bir dövlət tərəfindən deyil, anti-Azərbaycan qüvvələr tərəfindən irəli sürülüb. B.Hacıyevin bu açıqlaması isə bu təxmini daha da möhkəmləndirir. Elə Milli Şura müəlliflərinin təşkilatın təsis edilməsi ilə bağlı qeyri-müəyyən açıqlamaları da, onların hər hansı bir dövlətdən dəstək almaq məsələsində çətinlik çəkdiklərini nümayiş etdirir.
Eldar Namazov və Rüstəm İbrahimbəyov nə qədər də özlərini Qərb dairələrinə yaxın göstərsələr də, Vaşinqton və Londonda tövsiyələr alan B.Hacıyev kiçik bir açıqlaması ilə bütün bu deyilənləri alt-üst etdi. Yəqin ki, buna bənzər açıqlamaları yaxın zamanlarda Emin Milli və digər bu tip insanlardan eşidəcəyik.
Ən başlıcası odur ki, bütün bunlar onu deməyə əsas verir ki, Milli Şura təsisçiləri və ora dəvət edilib, amma kiminsə məsləhəti ilə imtina edənlər açıq surətdə idarə olunurlar və onların qərarları da həmin o idarə edilən qüvvələrin qərarlarından asılıdır.
Gün.az
Teqlər: