“Göz” adlı möcüzə

“Göz” adlı möcüzə
  16 May 2013    Oxunub:2247
Ət, yağ və sudan təşkil edilmiş üstün texnologiya sizcə, nə ola bilər?.. Gözlərimiz! Bəli, gözlərimiz ət, yağ, sudan ibarət olan, lakin olduqca yüksək texnologiyaya sahib olan orqandır.
Hazırda ən son model kameralar yalnız 80 meqapiksellik görüntü təqdim edərkən, gözlərimiz yarandığı gündən etibarən 576 mq pixellik ölçü ilə görür. Və hazırda heç bir texnologiya gözün təmin etdiyi mükəmməl sürətə və dəqiqliyə nail olmayıb!

Bu sətirlərə baxdığımız anda gözümüzdən beynimizə saatda 500 km sürətlə elektrik axını hərəkətə başlayır. Bu axın, 600.000 sinir arasından hər hansı biri ilə beyinə çatdırılır. Axın beyinə çatanda biz də qarşımızdakı sətirləri oxumağa başlayırıq.

Gözümüz 600.000 sinirlə beyinə bağlanır. Eyni anda 1.5 milyon mesaj alıb bunları nizamlayır və saatda 500 km-lik sürətlə beynə göndərir. Tək bir nöqtəyə baxdığımızda, əslində, bir-birindən fərqli yüzlərlə detal görürük. Gözümüz bunların hamısından gələn mesajları ayırır, hamısını qiymətləndirir və hər birini beyinə çatdırır.

Əlinizdəki kitab sizə olduqca yaxınkən, eyni anda arxa planda gördüyünüz mənzərə olduqca uzaqdır. Amma hər birini eyni dəqiqlikdə görürsünüz. Baxdığımız yerdəki tək bir detala belə laqeyd qalınmır, tək bir nöqtə belə bulanıq deyil. Qarşınızdakı mənzərədə nə qədər çox detal olursa-olsun, o mənzərə içində hərəkət edən kiçik bir qarışqanın belə görünüşü beynimizə mütləq çatır. Heç bir texnologiya ilə göz vasitəsilə təmin edilən mükəmməlliyi və görüş sürətini əldə etmək mümkün deyil.

İnsan üçün hələ ana bətnində kiçik bir embrion ikən yaradılmış bu xüsusi nemət hər an ehtiyac duyulan və Ondan hər an kömək gözlənilən Allahın hədiyyəsidir.

Aysel Vəlizadə


Teqlər:





Xəbər lenti