Bakının bağlı yolları - SİYAHI

Bakının bağlı yolları - SİYAHI
  18 Fevral 2013    Oxunub:1969
Bağlı yollar üçün alternativ təqdim edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının bəzi prospekt və küçələrində təmir–tikinti işləri ilə əlaqədar olaraq bağlanmış yollar haqqında son məlumatları yayıb. Eyni zamanda, Mərkəz sürücülərin hərəkətlərini rahatlaşdırmaq məqsədilə alternativ yolları təqdim edib.

Mərkəzdən verilən məlumata görə, Məhəmməd Füzuli küçəsində təmir-tikinti işləri ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Ş.Əzizbəyov küçəsindən (Şıxəli Qurbanov küç. istiqamətində) və Salatın Əsgərova küçəsindən (Səməd Vurğun küç. istiqamətində) istifadə etmək mümkündür. Səməd Vurğun küçəsində təmir tikinti işləri ilə əlaqədar isə yolun 2 zolağı bağlıdır.

Eyni zamanda, M. Nərimanov küçəsi H. Əliyev prospekti ilə kəsişmə istiqamətində tunel və piyada keçidinin tikintisi ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Araz küçəsindən (Ulduz m.) və Ə. Qayıbov küçəsindən istifadə etmək mümkündür. Həmçinin H. Əliyev prospekti M. Nərimanov küçəsi ilə kəsişməsində kənar yollar tunel və piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bağlı olduğundan, kənar yoldan əsas yola keçid mümkündür.

Yeni metro stansiyasının tikintisi ilə əlaqədar Ceyhun Səlimov küçəsi bağlı olduğundan Tbilisi prospektindən və A.Salamzadə küçəsindən alternativ yol kimi istifadə etmək məsləhət görülür. Bundan başqa Z. Bünyadov prospektində tikinti və təmir-bərpa işləri ilə ilə əlaqədar prospektin bəzi hissələri bağlanmışdır. Lakin yolun bağlı hissələrində kənar yollarda hər iki istiqamətdə hərəkət vardır.

Qeyd edək ki, bağlı yollar haqqında məlumatları həmçinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin - www.niim.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə


Teqlər:  





Xəbər lenti