Əsədin biri də gəlir

Əsədin biri də gəlir
  29 Yanvar 2013    Oxunub:2738
Suriya prezidenti Bəşər Əsəd həyat yoldaşı Əsma Əsədin hamilə olması ilə bağlı yayılan şayiələri təsdiqləyib.
Livanda yayımlanan Əl-Akbar qəzetinin yaydığı xəbərə görə, Əsəd adı açıqlanmayan qonaqlarına verdiyi ziyafət zamanı həyat yoldaşının hamilə olduğunu deyib.

Ərəb mətbuatı ötən ilin noyabr ayında 37 yaşındakı Əsma Əsədin 5 aylıq hamilə olduğunu yazmış, xəbər Twitter-də böyük səs-küy yaratmışdı.

Qeyd edək ki, Əsma Əsəd Londondakı suriyalı kardioloq ata ilə diplomat ananın qızı olaraq dünyaya gəlib. İngiltərədə Deutsche Bank, JP Morgan kimi önəmli banklarda işləyərək maliyyə sektorunda yüksələn Əsəd 2000-ci ildə Bəşər Əsəd ilə evləndikdən sonra Suriyaya gedib. Cütlüyün bu nigahdan 3 azyaşlı övladı var.


Teqlər:  





Xəbər lenti