Avtobus vurub öldürdü

Avtobus vurub öldürdü
  18 Fevral 2013    Oxunub:2399
Avtobuş şoferi qəzadan sonra hadisə yerindən qaçıb.
Bakının Yasamal rayonunda sərnişin avtobusu ağır qəza törədib. Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən saat 12 radələrində “Xalq Faiqoğlu” MMC-yə məxsus 188 saylı “İsuzu” markalı avtobus sürücüsü 46 yaşlı Şəhla Quliyevanı vuraraq qaçıb. Xiyabani küçəsi ev 241-in qarşısında baş vermiş yol qəzası zaman qadın dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma və yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti